“Azərkosmos” ASC cari ilin birinci yarısında 21,2 milyon dollar gəlir əldə edib

16:07 - 23.07.2019


23 iyul, Fineko/abc.az. “Azərkosmos” ASC-nin məlumatına əsasən, bu ilin birinci yarısında 20 ölkəyə telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə 21,2 milyon dollar gəlir əldə edib. Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 47 % çoxdur. İlin sonuna gəlirlərin 45 milyon dollar olacağı nəzərdə tutulur.

Bildirilir ki, gəlirin 90 %-i peyk xidmətlərinin ixracından əldə olunub. Xidmət ixracının həyata keçirildiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, Almaniya və Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).

Ümumilikdə ilin birinci yarısında əlavə olaraq 9 ölkədən olan yeni müştərilərlə müqavilələr rəsmiləşdirilib. Peyklər vasitəsilə yayımlanan 150-dən çox televiziya və radio kanalının ümumilikdə 20 milyondan artıq auditoriyası var.

Bütün xəbərlər