Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının gəlirliliyi sabitdir

10:15 - 7.12.2017


7 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı dünən qısamüddətli notları uğurla yerləşdirdi.

“Bakı Fond Birjası” QSC xəbər verir ki, dekabrın 6-da AMB  50100166S dövlət qeydiyyat nömrəli notlar satıb. 29 gün tədavül müddətli  notlar, 250 milyon manat həcmində təklif olunub.

16 investor  tərəfindən 464 831 400,0  manat məbləğində notların alınması üçün 22 sifariş daxil olub. İnvestorlar tərəfindən notlar üçün 99,190 manatdan (illik gəlirlilik 10,14%) 99,2004 manata qədər məbləğ təklif edilmişdir (10,01%).

AMB-nın qərarına görə,  istiqrazların kəsmə qiyməti, orta ölçülmüş qiymət kimi, 99.2004 AZN (gəlirlilik 10.01%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə  250 milyon manatlıq bütün  notları satılmışdır.

AMB 2017-ci il üzrə 260 milyon manat həcmində notların emissiya prospektini  qeydiyyata almışdır.

 

Bütün xəbərlər