İlham Əliyev GECF-in V sammitinə dəvət olunub

09:06 - 24.07.2019


24 iyul, Fineko/abc.az. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ekvatorial Qvineyanın mədənçilik və hidrokarbon məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanı qəbul edib.

XİN-in məlumatında deyilir ki, dövlət katibi 2019-cu ilin 27-29 noyabr tarixlərində Ekvatorial Qvineyada keçiriləcək Qaz ixrac edən ölkələrin Forumunda (GECF) iştirak ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanmış dəvət məktubunu nazirə təqdim etdi.

Azərbaycan 23 noyabr 2015-ci il tarixində Tehranda keçirilən III sammitində GECF-də müşahidəçi statusu alıb.

 

Bütün xəbərlər