SOCAR Azərbaycanda YDM-nin sayını 26-ya çatdırdı

10:48 - 7.12.2017


7 dekabr, Fineko/abc.az.  “SOCAR Petroleum” QSC  Azərbaycanda SOCAR brendi ilə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını  26-ya çatdırdı.

“SOCAR Petroleum”un məlumatında deyildiyi kimi, yeni YDM  Azərbaycanın Ucar rayonunda dünən istismara verildi.

“Yanacaqdoldurma stansiyası müasir avadanlıqla, nağdsız ödənişin həyata keçirilməsi üçün POS-terminallarla təchiz olunub.  Stansiyada 25 nəfər işləyir”, - məlumatda belə deyilir.

Daha öncə xəbər verildiyi kimi, 2018-ci ilin sonuna qədər  “SOCAR Petroleum” Azərbaycanda SOCAR brendi ilə yanacaqdoldurma məntəqələrinin sayını 42-yə çatdırmağı planlaşdırır.

 

 

Bütün xəbərlər