Neftin etalon markaları bahalaşır, “Azeri Light” $0,1 ucuzlaşıb

10:06 - 24.07.2019


24 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti $0,09 (0,14%) enib və bir barelə 65,25 dollar təşkil edib.

İyulun 23-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,57 dollar (0,9%) artaraq bir barelə 63,83 dollar təşkil etmişdir.

Çərşənə günü “Brent” markalı neftin sentyabr fyuçersi saat 9:20-də 0,17 dollar (0,27%) bahalaşaraq 64 dollar /barelə təşkil edib.

NYMEX birjasında iyulun 23-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 0,55 dollar (0,98%) artaraq bir barelə $56,77 təşkil etmişdir. 

“WTI” markalı neftin sentyabr fyuçersi çərşənbə günü saat 9:20-də 0,18 dollar (0,32%) yüksələrək 56,95 dollar / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər