“Premium Bank”-ın gəlirləri artıb

10:57 - 24.07.2019


24 iyul, Fineko/abc.az.  “Premium Bank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 7 milyon 853 min manat xalis mənfəətlə başa vurub.

Bu barədə məlumat bankın 2019-cu ilin 1-ci yarısı üçün açıqladığı hesabatda qeyd olunub.

Hesabata əsasən, 2019-cu ilin yanvar-iyun dövründə “Premium Bank”ın cəmi gəlirləri 31 milyon 590 min manat, cəmi xərcləri isə 24 milyon 503 min manat təşkil edib. Həmçinin gəlirlər xərcləri üstələdiyindən Bankın 7  milyon 87 min manat əməliyyat mənfəəti qalıb. Ehtiyatın 1 milyon 513 min manatı azad olduğundan Bankın mənfəəti 8 milyon 600 min manata yüksəlib. “Premium Bank” mənfəətindən 747 min manat mənfəət vergisi ödəyib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-iyun dövründə “Premium Bank”ın cəmi gəlirləri 26 milyon 990 min manat, cəmi xərcləri 22 milyon 77 min manat, əməliyyat mənfəəti 4 milyon 912 min manat təşkil etmişdi. Ehtimal olunan depozit və kredit itkiləri üzrə yaradılan ehtiyatdan 7 milyon 613 min manat azad olduğundan Bankın xalis mənfəəti 12 milyon 256 min manata yüksəlmişdi.

Beləliklə, ehtiyatlardan azadolma xaric “Premium Bank”ın mənfəəti 44,3% artıb.

Bütün xəbərlər