11:16 - 24.07.2019
24 iyul, Fineko/abc.az. “AFB Bank”-ın aktivləri 2019-cu ilin ilk altı ayının nəticələrinə əsasən 423,7 milyon manat təşkil edib.
Bu barədə məlumat bankın 2019-cu ilin I yarımilik üzrə açıqladığı maliyyə hesabatında qeyd olunub.
Qeyd olunur ki, bank tərəfindən müştərilərə verilən kreditin həcmi 251,2 milyon manat olub, bu, göstərici keçən ilin eyni dövrü üçün mövcud göstərici ilə müqayisədə 12 % çoxdur.
Bu dövrdə “AFB Bank”-ın məcmu kapitalı 10 % artaraq 75,6 milyon manat olub.
Strategiyada qoyulan məqsədlərə çatmaq üçün bankın kapitalının gələcəkdə də artırılması nəzərdə tutulur.
Xatırladaq ki, AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024