Bu gün Samux və Ağsu rayonuna qaz təchizatı dayandırılıb

11:32 - 24.07.2019


24 iyul, Fineko/abc.az.  “Azəriqaz” İstehsalat Birliyi xəbər verir ki, Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.

Görüləcək təmir işlərinə görə bu gün səhər saat 09.00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacaq və rayonun 9 kəndində səhər saat 09.00-dan 18.00-dək qaz təchizatı dayandırılıb.

 

Bütün xəbərlər