Maliyyə Nazirliyi iyulun 30-da 25 milyon manatlıq DQİ yerləşdirəcək

11:34 - 24.07.2019


24 iyul, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki, iyulun 30-da keçiriləcək hərracda AZ0105014754 nömrəli DQİ satışı həyata keçiriləcək.

“DQİ buraxılışının həcmi 25 milyon manat, hər istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edib”, -  BFB-in məlumatında belə deyilir.

 

Bütün xəbərlər