“Premium Bank”-ın faiz gəlirləri artıb

11:44 - 24.07.2019


24 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Premium Bank” ASC 2019-cu ilin 1-ci yarısı üçün maliyyə göstəricilərini açıqlayıb.

Məlum olub ki, bankın faiz gəlirləri ötən ilin 1-ci yarısında 16 milyon 851 min manat ikən, cari ilin eyni dövründə 21 milyon 513 min manat təşkil edib (27,6% artım). Qeyri-faiz gəlirləri isə 10 milyon 139 min manatdan 10 milyon 77 min manata düşüb (cüzi azalma).

Qeyd edək ki, 30 iyun 2019-cu il tarixində “Premium Bank” 648 milyon 760 min manat cəmi aktivlərə, 523 milyon 599 min manat cəmi öhdəliklərə və 125 milyon 161 min manat cəmi balans kapitalına malik olub.

2018-ci ilin sonunda “Premium Bank” 646 milyon 284 min manat cəmi aktivlərə, 511 milyon 557 min manat cəmi öhdəliklərə və 134 milyon 727 min manat cəmi balans kapitalına malik idi.

Əvvəlki illərin 16 milyon 151 min manat xalis mənfəəti bölüşdürüldüyündən cəmi kapital 134 milyon 727 min manatdan 125 milyon 161 min manata düşüb.

İlk 6 ay ərzində “Premium Bank”ın müştərilərə verdiyi cəmi kreditlər 584 milyon 596 min manatdan 564 milyon 278 min manata düşüb.

 

Bütün xəbərlər