AZAL Bakı - Nyu-York uçuşlarını davam etdirəcək

11:51 - 24.07.2019


24 iyul, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin verdiyi məlumata görə, Bakı-Nyu-York uçuşlarını davam etdirəcək.

Bildirilir ki, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Bakı-Nyu-York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu “Boeing 787 Dreamliner” təyyarələri ilə yerinə yetiriləcək.

 

Bütün xəbərlər