Bu gün iki sənaye müəssisəsinin qaz təchizatı dayandırılacaq

11:56 - 24.07.2019


24 iyul, Fineko/abc.az. Azəriqaz” İstehsalat Birliyi xəbər verir ki,  bu gün saat 10:00-dan 15:00-dək Hacıqabul rayonunda 11, Sabirabad rayonunda isə 13 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Qeyd edilir ki, bu müddət ərzində “Qarasu” qaz paylayıcı stansiyasının xidmət sahəsində aşkarlanın qaz sızmasının ləğvi işləri aparılacaq.

Yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar səhər saat 10.00-dan Ucar rayonunda 6 kənd, Zərdab rayonunda bir qəsəbə və 16 kənd, o cümlədən Ucar pambıq emalı zavodu və Zərdab asfalt beton zavodlarının qaz təchizatı da dayandırılacaq.

 

Bütün xəbərlər