“AFB Bank” 2019-cu ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub

12:28 - 24.07.2019


24 iyul, Fineko/abc.az. “AFB Bank” ASC 2019-cu ilin 1-ci yarısı (yanvar-iyun dövrünü) üçün maliyyə göstəricilərini açıqlayıb.

Məlum olub ki, bank sözügedən dövrü 1 milyon 677 min manat xalis mənfəət ilə başa vurub.

 Hesabata əsasən 2019-cu ilin yanvar-iyun dövründə “AFB Bank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 19 milyon 93 min manat (14 milyon 359 min manatı faiz, 4 milyon 734 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri 15 milyon 348 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 3 milyon 744 min manat əməliyyat mənfəəti olub.

“AFB Bank” əməliyyat mənfəətinin 2 milyon 67 min manatını aktivlәr üzrә mümkün zәrәrlәrin ödәnilmәsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından cari ilin 1-ci yarısını 1 milyon 677 min manat xalis mənfəət ilə bağlayıb.

 

Bütün xəbərlər