Sığorta sektorundakı sığorta haqlarının həcmində 30% artım əmələ gəlib

15:27 - 24.07.2019


24 iyul, Fineko/abc.az. Bu ilin altı ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 4 291 092,50 AZN təşkil edərək keçən ilin hesabat dövrü ilə müqayisədə 983 791,30 AZN çox olub.

Bu rəqəmlər Maliyyə Bazarlarlarına Nəzarət Palatasının sığorta sektoru ilə bağlı yaydığı hesabatda yer alıb.

Hesabata əsasən, sığorta haqlarının həcmind 30 % artım əmələ gəlib. Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 3 280 237,64 AZN-ni Könüllü Tibbi Sığortanın payına düşüb. KASKO üzrə sığorta haqları 2 dəfədən artıq, əmlak üzrə isə 2,5 dəfə artıb və bu da şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir. 2019-un birinci yarım ili ərzində A-Qroup-un sığortalıları 4 112 955,82 AZN məbləğində ödəniş alıblar.

Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 3 998 997,55 AZN təşkil edib. Ortalama olaraq A-Qroup 2019-cu ilin altı ayərzində hər gün müştərilərinə 22 000 AZN məbləğində ödəniş həyata keçirib.

Bütün xəbərlər