“Nar Wi-Fi”ilə bağ mövsümündə internetsiz qalma!

16:31 - 24.07.2019


24 iyul, Fineko/abc.az. İsti yay günlərini paytaxtdan kənarda keçirmək istəyənlər “Nar Wi-Fi” ilə yüksəksürətli internetə çıxış əldə edə bilər. İstirahət üçün bağa, başqa mənziləvə ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlərin “Nar Wi-Fi” internet paylayıcısını özləri ilə götürmələri yetərlidir. Qısa müddətdə “Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq. Bu avadanlıqsayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir.

İstənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə çıxış imkanı verməsi və mobil olması “Nar Wi-Fi” istifadəçilərinin sayının artmasına səbəb olub. Belə ki, son üç ayda “Nar Wi-Fi” istifadəçilərinin sayı 180% artıb. Sizdə istənilən məkanda “Nar”-ın yüksəksürətli internetindən yararlanmaq istəyirsizsə, “Nar Wi-Fi” cihazını əldə edə bilərsiz. Ruterin satış məntəqələrihaqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

Qeyd edək ki, avadanlığıabunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq  işə düşür. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edir, həm də 6 aya qədər internetə çıxış imkanı qazanır. Qeyd edək ki, “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir. Qeyd edək ki, avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir. 

 

Bütün xəbərlər