Sabahdan “Azəriqaz” İB abonentlərə yeni xidmət təklif edir

17:20 - 24.07.2019


24 iyul, Fineko/abc.az. İyulun 25-dən etirbarən Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 104 ünvanında Sabunçu texniki istismar xidmətii fəaliyyətə başlayacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, abonentlərə yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentlər tərəfindən səhvən söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması kimi  məsələlərlə bağlı xidmətlər göstəriləcək.

 

 

Bütün xəbərlər