330x110
 

Bakı-Tbilisi-Bakı reyslərinin cədvəlində dəyişiklik edilib

24.07.2019,17:41


24 iyul, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin məlumatına əsasən xəbər verilir ki, Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədar Bakı-Tbilisi-Bakı reyslərinin cədvəlində dəyişiklik olunub.

Avqustun 4-də uçuşlar aşağıda göstərilən qrafikə uyğun olaraq həyata keçiriləcək.

J2-223 Bakı-Tbilisi – (yerli vaxtla) Uçuş: 11:10, Enmə: 12:20

J2-224 Tbilisi-Bakı – (yerli vaxtla) Uçuş: 13:00, Enmə: 14:10