Neft əvvəlki düşmədən sonra bahalaşır, “Azeri Light”ın qiyməti 1,92% yüksəlib

10:08 - 25.07.2019


25 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 1,25 (1,92%) yüksəlib və bir barelə 66,50 dollar təşkil edib.

İyulun 24-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,65 dollar (1,02%) ucuzlaşaraq bir barelə 63,18 dollar təşkil etmişdir.

Cümə axşamı günü “Brent” markalı neftin sentyabr fyuçersi saat 9:15-də 0,14 dollar (0,27%) bahalaşaraq 63,32 dollar /barelə təşkil edib.

NYMEX birjasında iyulun 24-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 0,89 dollar (1,57%) düşərək bir barelə $55,88 təşkil etmişdir. 

“WTI” markalı neftin sentyabr fyuçersi cümə axşamı günü saat 9:15-də 0,17 dollar (0,3%) yüksələrək 56,05 dollar / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər