Bu gün bir neçə rayonda qaz təchizatı dayandırılacaq

10:32 - 25.07.2019


25 iyul, Fineko/abc.az. “Azəriqaz” İB-dən verilən məlumata görə, bu gün səhər saat 09.00-dan işlər tamamlanana qədər aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Samux rayonunun 2 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Bundan başqa, Bərdə rayonunda saat 14.00-dan işlər tamamlanana qədər 3 yaşayış məntəqəsi, Kürdəmir rayonunda isə saat 13.30-dan 15.30-dək 5 kənddə qaz təchizatı dayandırılacaq.

 

Bütün xəbərlər