Əmlak Məsələləri Dövlət Komitəsi “Ofek Aerial Photography” şirkəti ilə müqavilə imzalayıb

12:26 - 25.07.2019


25 iyul, Fineko/abc.az. Bakıda “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” adlı konfrans keçirilir.

Konfransda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, ölkədə qurulmasına başlanan Milli Məkan Məlumatları İnfrastrukturu elektron hökumətin ayrılmaz tərkib hissəsini təşkil edir. Bu infrastruktur dövlətin məkanla bağlı əsas məlumat bazası olub, özündə çoxlu sayda mövcud müxtəlif mənbələrin məlumatlarını birləşdirməklə onları konkret coğrafi yerləşmə və zaman kəsiyinə uyğun sistemləşdirir.

K.Həsənov qeyd edib ki, Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq.

Konfransda Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrailin “Ofek Aerial Photography” şirkəti Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərin göstərilməsinə dair müqavilə imzalayıblar.

Bütün xəbərlər