Növbəti ildə sığorta yığımlarında fantastik artım olacaq- Ekspertdən özəl açıqlama

14:00 - 25.07.2019


25 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi sığorta sektorunda ilk yarım ilin göstəriciləri açıqlanandan sonra məlum oldu ki, sığorta yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə 35-40 milyon manatlıq azalma var.

Bəs görəsən bunun səbəbi nədir?

Bu sualla sığorta sahəsi üzrə ekspert İlkin İbrahimova müraciət etdik.

Ekspert cavabında qeyd etdi ki, yığımın azalması təsir edən əsas amil həyat sığortasında vergi məcəlləsinə ilin əvvəlində edilmiş dəyişikliklərdir. Onun sözlərinə görə, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köçürülməli olan bir hissə ödənişlər güzəşt edilməklə həyat sığortasına yığımlara cəlb edilirdisə, hazırda bu güzəştlər ilin əvvəlindən azaldılıb: “Bu da sığorta yığımlarına və ödənişlərinə təsir göstərdi. Lakin növbəti ilin əvvəlindən Aqrar sığorta və İcbari tibbi sığortanın tətbiqi növbəti ildəki sığorta yığımlarında fantastik artıma gəririb çıxaracağı şübhəsizdir. Hesab edirəm ki, əmlak sığortası yığımları bu il məqsədli artsa ötən ilin sığorta yığımları qədər sığorta haqqı toplamaq mümkün olacaq”.

 

Bütün xəbərlər