Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolu imzalanıb

12:21 - 7.12.2017


7 dekabr, Fineko/abc.az. Azərbaycan və Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Protokol imzaladılar.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini başa çatdırıb.

“Hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər”, - məlumatda belə deyilir.

İclasın sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının  yekunlarına dair protokol imzalanıb.

 

Bütün xəbərlər