24 saat ərzində Bitkoin 25 faiz bahalaşaraq 15 min dolları keçdi

07.12.2017,12:29


7 dekabr, Fineko/abc.az. Bir gün ərzində bitkoinin qiyməti 25% artaraq ilk dəfə 15 min dolları ötdü.

Hal-hazırda kriptovalyutanın  qiyməti  1 BTC üzrə 15098 dollar təşkil edir. Bir gün əvvəl  bitkoin 12 min dollar səviyyəsində satılırdı.

Ehtimal ki, kriptovalyutanın qiymətində müşahidə olunan artım, dekabrın 18-dən etibarən bitkoinin, kapitalın təşkil olunmuş bazarında dövriyyəyə başlamasından qaynaqlanır. CME və CBOE Amerika Fond Birjaları bitkoin üzrə fyuçerslərin ticarətinə start verəcək.

“Bloomberg” agentliyi qeyd edir ki, həmçinin kriptovalyutanın dəyəri,  Avstraliyanın milli birjasının operatorunun, Blokçeyn texnologiyasından istifadə etmək niyyətində olduğuna görə artır.

Dəyərin yeni rekordundan sonra bitkoinin kapitallaşdırılması 252,5 milyard dollara qədər artdı.

 

 

Açar sözlər: bitkoin Blokçeyn