Bu gün bir neçə rayonda qaz təchizatı dayandırılacaq

10:16 - 26.07.2019


26 iyul, Fineko/abc.az. “Azəriqaz” İB-nin verdiyi məlumata görə, İsmayıllı rayonu ərazisində aşkar olunan qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı olaraq bu gün saat 09.00-dan 18.00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb.

Bundan başqa xəbər verilri ki, saat 10.00-dan qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə 1 qəsəbə və 7 kənddə qaz təchizatı dayandırılacaq.

 

Bütün xəbərlər