"Expressbank"ın xalis mənfəətini artırıb

11:34 - 26.07.2019


26 iyul, Fineko/abc.az. "Expressbank" ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 3 milyon 128 min manat xalis mənfəətlə başa vurub.

Bu barədə məlumat Bankın rüblük hesabatında qyed olunub.

Hesabata əsasən 2019-cu ilin yanvar-iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə "Expressbank"ın faiz gəlirləri 25,4% artaraq 18 milyon 731 min manat, qeyri-faiz gəlirləri isə 29,7% artaraq 7 milyon 36 min manat təşkil edib. "Expressbank" ötən ilin 1-ci yarısında faiz gəlirlərinin 1 milyon 224 min manatını ehtiyata ayırmışdı. Bu ilin eyni dövründə isə ehtiyatın 201 min manatı azad olaraq faiz gəlirinə əlavə edilib. Həm  gəlirlərinin artması, həm də ehtiyata vəsaitin ayrılmaması "Expressbank"ın xalis mənfəətinin artmasını təmin edib.

 

Bütün xəbərlər