2019-cu ilin 6 ayında qeydiyyata alınmış hüquqi şəxslərin sayı 18% artıb

12:27 - 26.07.2019


26 iyul, Fineko/abc.az. 2019-cu ilin ötən 6 ayında ölkəmizdə 7.111 hüquqi şəxs qeydiyyata alınmışdır, qeydiyyata alınan hüquqi şəxslərin əksəriyyəti elektron qeydiyyat xidmətindən istifadə ediblər.

Bu barədə Vegilər Nazirliyi məlumat veirir.

Aparılan təhlillər göstərir ki, buna təsir edən səbəblərdən biri 2019-cu ildən hüquqi şəxslərin elektron qeydiyyatının sadələşdirilməsidir.

Qeyd olunur ki, 2019-cu ilin 6 ayında qeydiyyata alınmış hüquqi  şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb, e-qeydiyyatın xüsusi çəkisi isə 79,6 %-dən 85,7 %-ə yüksəlib.

Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir etməkdədir. Hazırda  “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. “Doing Business 2019” hesabatında Azərbaycan üçün “Biznesə Başlama” indikatoru üzrə  3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulub. Qeyd olunan dəyişikliklər nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra enib və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət 1 prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır.

Bütün xəbərlər