Valyuta hərracında manat / dollar məzənnəsi dəyişməyib

12:54 - 7.12.2017


7 dekabr, Fineko/abc.az. Bu gün keçirilmiş valyuta hərracında manat və dollar əvvəlki səviyyədə qaldılar.

AMB-dan bildirildi: "7 dekabr 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı,  Dövlət Neft Fondunun  iştirakı ilə hərrac keçirdi. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır".

Dekabrın 5-də keçirilmiş əvvəlki  hərracda  ortaçəkili məzənnə həmçinin 1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər