Cari ildə ölkədə elektron ticarətin həcmi 96 % artıb

16:17 - 26.07.2019


26 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda elektron ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 % artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

O bildirib ki, yarım ildə ödəniş sistemlərinin həcmi 125 milyard manat təşkil edib. Bu dövrdə POS-terminalların sayında cüzi azalma olub. Son 1 ildə ölkədə kart sahiblərinin sayı 16,9% artaraq 5,8 milyon nəfərdən 6,7 milyon nəfərə çatıb. Kart əməliyyatlarında nağdsız dövriyyənin payı isə 15,7%-dən 20,1%-ə çatıb. Ölkədə elektron ticarətin həcmi isə 96,7% artaraq 676,7 milyon manatdan 1331,3 milyon manata çatıb.

Bütün xəbərlər