BSTDB istiqrazların Azərbaycan manatı ilə ilk tranşını iyulun 31-də yerləşdirəcək

17:24 - 26.07.2019


26 iyul, Fineko/abc.az. Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) iyulun 31-də Bakı Fond Birjasında (BFB) 10 milyon manat məbləğində istiqrazların yerləşdirməsini keçirəcək.

BFB-in məlumatında deyilir ki, bir qiymətli istiqrazın dəyəri 1 min manat olmaqla 10 min manatlıq istiqrazlar tədavülə buraxılacaq.

İstiqrazların tədavül müddəti 730 gün təşkil edəcək. İstiqrazlar üzrə gəlirlilik illik 9,25% təşkil edəcək, sahiblərə faiz ödənişləri rübdə bir dəfə həyata keçiriləcək.

İstiqrazların ödənilmə tarixi: 31 iyul 2021-ci ildir.

Yerləşdirmənin anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti olacaq.

 

Bütün xəbərlər