Azərbaycan və İtaliya hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdilər

16:03 - 7.12.2017


7 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari ilə görüşüb.

Müdafiə Nazirlinin xəbərində deyilir ki, görüş əsnasında tərəflər  İtaliyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığın perspektivlərini müzakirə etdilər.

“Görüşdə tərəflər arasında regiondakı hərbi-siyasi durum, hər iki ölkənin Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı, habelə,  İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi  şirkətləri ilə əməkdaşlığın perspektivləri müzakirə olundu”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər