Xalq Bankın kredit portfeli böyüyüb

14:26 - 29.07.2019


29 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Xalq Bank maliyyə göstəriciləri barədə statistik hesabat açıqlayıb.

Hesabata əsasən, kredit portfelinin həcmi 2018-ci ilin sonu ilə müqayisədə 10.13% artaraq 1 milyard 522 milyon 640 min manata çatıb. Bu ölkənin bank sektorunda ən yüksək göstəricilərdən biridir.

Cari ilin 1 iyul tarixinə bankın cəmi kapitalı 399 milyon 240 min manat təşkil edib. Nizamnamə kapitalı isə 139 milyon 690 min manat artırılaraq 364 milyon 770 min manata çatdırılmışdır.

Bütün xəbərlər