Baş Nazir Novruz Məmmədov Fransanın “Şərəf Legionu” ordeni ilə təltif edilib

15:07 - 29.07.2019


29 iyul, Fineko/abc.az. Baş Nazir Novruz Məmmədov Fransa Respublikası Prezidentinin Fərmanı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir.

Bildirilir ki, Baş Nazirə ordeni Fransanın Bakıda səfərdə olan İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer hökumət adından təqdim edib. Fransız dilinin, ədəbiyyatının peşəkar tədqiqatçısı Novruz Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.

Baş Nazir Novruz Məmmədov öz növbəsində bu ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və fransız xalqına minnətdarlığını bildirib.

Qeyd edək ki, “Şərəf Legionu” ordeni 1802-ci mayın 19-da Napoleon Bonapard tərəfindən təsis edilib.

Bütün xəbərlər