61 dövlət əmlakı hərraca çıxarılıb

15:59 - 29.07.2019


29 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 27 avqust tarixində keçiriləcək. Elan edilən bu hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisəsi, 19-u səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsi, 5-i isə qeyri-yaşayış sahəsidir.

Komitədən verilən məlumata görə, özəlləşdiriləcək qeyri-yaşayış sahələri paytaxtla bərabər, Gəncə, Beyləqan və Abşeronda yerləşir..

Həmçinin qeyd olunur ki, Salyan, Lerik, Şəmkir, Bərdə kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Belə iri müəssisələr arasında “Sabirabad İnşaat Sənaye”, “Oğuz kəndkimya”, “Kürdəmir Quşçuluq” və digər səhmdar cəmiyyətləri var.

 

Bütün xəbərlər