Salyan rayonunda avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayrıldı

17:28 - 29.07.2019


29 iyul, Fineko/abc.az.  Prezident İlham Əliyev Salyan rayonunun Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalayıb.

Sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,8 milyon  manat vəsait ayrıldı.

 

Bütün xəbərlər