“Yapı Kredi Bank Azərbaycan” müştərilərə verdiyi kreditləri artırıb

11:02 - 30.07.2019


30 iyul, Fineko/abc.az. 30 İyun 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” 408 milyon 917 min manat cəmi aktivlərə malik olub.

Bu barədə məlumat Bankın 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) əhatə edən dövr üçün açıqladığı maliyyə göstəricilərində qeyd olunub.

Hesabata əsasən aktivlərin 167 milyon 844 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 30 İyun 2018-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 406 milyon 825 min manat cəmi aktivlərə, o cümlədən 161 milyon 262 min manat kredit portfelinə malik idi.  31 Mart 2019-cu il tarixində isə müştərilərə verilən kreditlər 163 milyon 81 min manat təşkil etmişdi.

 

Bütün xəbərlər