“Azərkosmos” ASC iyun ayında 2,5 milyon dollar gəlir əldə edib

12:16 - 30.07.2019


30 iyul, Fineko/abc.az. 2019-cu ilin iyun ayında “Azərkosmos” ASC dünyanın 18 ölkəsinə 2,5 milyon dollar dəyərində xidmət ixrac edilib. Cari ilin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziyadır.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin iyul sayında qeyd olunur.

Qeyd edilir ki, 2019-cu ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə 18,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 %-ni təşkil edib.

 

Bütün xəbərlər