“Yapı Kredi Bank Azərbaycan”-ın depozitləri yenidən artıb

12:17 - 30.07.2019


30 iyul, Fineko/abc.az. 2019-cu ilin 2-ci rübündə “Yapı Kredi Bank Azərbaycan”da depozitlər yenidən artıb.

Bu barədə məlumat Bankın 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) əhatə edən dövr üçün açıqladığı hesabatında qeyd olunub.

31 Mart tarixində 278 milyon 740 min manata düşmüş depozitlər 30 İyun 2019-cu il tarixində 298 milyon 628 min manata çatıb. Fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 63 milyon 421 min manatdan 77 milyon 152 min manata yüksəlib.

30 İyun 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” 72 milyon 104 min manat məcmu kapitala malik olub. Ötən ilin İyun ayının sonu ilə müqayisədə Bankın məcmu kapitalı 10% artıb. Artımın əsas səbəbləri Bankın nizamnamə kapitalının artırılması və mənfəətinin artmasıdır.

Bütün xəbərlər