"Citibank Anonim Şirkəti" Azərbaycandakı nümayəndəliyini ləğv etdi

12:21 - 30.07.2019


30 iyul, Fineko/abc.az. "Citibank Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Bu barədə nümayəndəlik elan yayıb.

Elanda qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153, "Port Baku" Biznes Mərkəzi Cənub Qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər. "Citibank" Türkiyədə "Citibank A.Ş." adı ilə fəaliyyət göstərir. Azərbaycandakı nümayəndəlik "Citibank A.Ş."yə bağlı idi. Türkiyənin "Citibank Anonim Şirkəti" Azərbaycanda nümayəndəliyi 2008-ci ildə açmışdı."Citibank Anonim Şirkəti"nin məqsədi "Citibank"ın qlobal təcrübə və məhsullarını təqdim etməkdir.

"Citibank", ABŞ-ın "Citigroup" maliyyə xidmətləri şirkətinin bir hissəsidir.

Bütün xəbərlər