AMB valyuta hərracı keçirib

12:59 - 30.07.2019


30 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən növbəti valyuta hərracı keçirilib.

“İyulun 30-da Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Daha əvvəlki, iyulun 25-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin  1,70 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər