Əcnəbilər bir ayda Azərbaycanda bank kartları vasitəsi 115,1 milyon manatlıq əməliyyat aparıb

14:31 - 30.07.2019


30 iyul, Fineko/abc.az. Bu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində artım müşahidə edilib.

Belə ki, 2019-cu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 115,1 milyon manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 8 faiz artıb.

Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında qeyd olunub.

Mərkəzin təqdim etdiyi “İxrac İcmalı”nda vurğulanıb ki, ümumilikdə 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 590,8 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd etək ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325 min əcnəbi gəlmişdi. Həmin müddət ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 620,4 milyon manat təşkil etmişdi.

 

 

Bütün xəbərlər