Bu il qeyri-neft sektoruna aid ən çox ixrac edilən malların siyahısı açıqlanıb

15:03 - 30.07.2019


30 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor (138,1 milyon dollar) birinci, pambıq mahlıcı  (74,9 milyon dollar) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 70,4 milyon dollar) üçüncü olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin iyul sayında dərc olunur.

Qeyd olunur ki, 2019-cu ilin birinci yarımilliyi ərzində meyvə-tərəvəz ixracı 318,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 103,3 milyon, pambıq lifi ixracı 75,7 milyon, elektrik enerjisinin ixracı 51,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 46,7 milyon,  kimya sənayesi məhsullarının ixracı 45,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30 milyon, pambıq ipliyi ixracı 14,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 15,5 milyon dollar təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,2 dəfə,  kimya sənayesi məhsullarının ixracı 49%, pambıq ipliyinin ixracı 47%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 44%, meyvə-tərəvəzin ixracı 15% artdığı müşahidə edilib.

 

Bütün xəbərlər