2019-cu ilin qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb

30.07.2019,15:18


30 iyul, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin iyul sayında   qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

Qeyd olunur ki, bu ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC,  "Global Export Fruits" MMC, "Caspian enerji-2020" MMC,  "P-Aqro" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "Food Export Şəmkir" MMC.

Cari ilin iyun ayında "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi bu siyahıda liderliyi ələ alıb.