İyun ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya ixrac olunub

16:14 - 30.07.2019


30 iyul, Fineko/abc.az. 2019-cu ilin iyun ayında isə qeyri-neft sektoru üzrə ixrac 192 milyon dollar təşkil edib. Ötən ilin iyun ayı ilə müqayisədə 2019-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 13 milyon dollar və ya 7 %  artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin iyul sayında dərc olunub.

Qeyd olunur ki, cari ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 milyon dollar), Türkiyəyə (32,5  milyon dollar), İsveçrəyə (14,7 milyon dollar) Gürcüstana (8,4  milyon dollar) və Ukraynaya (5,7 milyon dollar)  ixrac edilib.

2019-cu ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon dollar) birinci olub. Bu siyahıda albalı və gilas (29,6 milyon dollar) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,5 milyondollar) üçüncü yerdə qərarlaşıb.

 

Bütün xəbərlər