Maliyyə Nazirliyi iyulun 30-da 25 milyon manatlıq DOİ yerləşdirdi

22:29 - 30.07.2019


30 iyul, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.

BFB xəbər verir ki, iyulun 30-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105014754 ISIN-li, 25 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10%) və 101.4102 AZN (7.23%) olan 27 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9679 (7.47%), orta ölçülmüş qiyməti 101.1628 (7.3641%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 79,118,500.00 AZN yerləşdirilmiş həcmi isə 25 milyon AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 27 iyul 2021-ci  il.

 

Bütün xəbərlər