İlk 6 ayda Bank sektorunun aktivləri və öhdəlikləri cüzi artıb

09:58 - 31.07.2019


31 iyul, Fineko/abc.az. 30 iyun 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 980.1 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 380.5 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 599.6 milyon manat olub.

Müqayisə üçün qeyd edək ki, 31 dekabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 502.4 milyon manat, cəmi öhdəlikləri isə 25 milyon 430.6 milyon manat təşkil etmişdi. İlk 6 ayda sektorun aktivləri və öhdəlikləri cüzi artıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Paltasından bildirilib.

İyun ayına sektorun aktivlərinin 43.8%-ni kredit portfeli təşkil edir. Cari ilin ilk yarımilliyində kredit portfeli 4.1% (517.7 milyon  manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13 milyard 146 milyon manat təşkil edib.

 

Bütün xəbərlər