Yaşıl Kart sistemi çərçivəsində icra olunan işlərin sayında 42% azalma var

10:30 - 31.07.2019


31 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İcbari Sığorta Bürosu (Büro) 2019-cu ilin ilk altı ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində bağlanılmış sığorta müqavilələri və hadisələri barədə məlumat yayıb.

Məlumatda qedy olunur ki, 2019-cu ilin I yarımilində Büro tərəfindən Yaşıl Kart sistemi çərçivəsində sığorta tələbləri ilə bağlı 72 iş üzrə icraat davam etdirilib. İcraatda olan işlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə  42% azalma müşahidə olunub. Bu da öz növbəsində Büronun Yaşıl Kart sistemi çərçivəsində hadisələr üzrə sığorta ödənişləri ilə bağlı daha operativ fəaliyyət göstərməsinin nəticəsidir.

Qeyd edək ki, hazırda Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 12 sığorta şirkəti fəaliyyət göstərir.

 

Bütün xəbərlər