Bank sektorunun balans kapitalı artıb

10:43 - 31.07.2019


31 iyul, Fineko/abc.az. 2019-cu ilin iyun ayında fiziki şəxslərin əmanətləri 8 milyard 633.8 milyon manat təşkil edib.

Cari ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 4.4% (364.1 milyon manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, 6 ay ərzində tələbli depozitlər 18.1% (505.7 milyon manat) artmışdır.

Bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank sektoru barədə açıqladığı yeni göstəricilərdə əksini tapıb.

Sözügedən məlumatda qeyd olunur ki, hüquqi şəxslərin depozitləri ilin ilk yarımilliyində 1.1% (114.1 milyon manat) azalsa da, müddətli depozitləri 55.4% (803.5 milyon manat) artaraq 2 milyard 253.2  milyon manata çatıb. Sektorun balans kapitalı ilin birinci yarısında 13% (527.8 milyon manat) artaraq 4 milyard 599.6 milyon manata çatıb.

 

Bütün xəbərlər