Azərbaycan nefti bir qədər də ucuzlaşdı

17:27 - 7.12.2017


7 dekabr, Fineko/abc.az.  Dünya bazarında satılan “Azeri LT CIF” markalı  Azərbaycan neftinin bir barelinin qiyməti 0,67 dollar və yaxud 1,04% düşüb.

Hazırda “Azeri LT CIF” markalı xam neftin  qiyməti  63,92 dollar/barelə təşkil edir.

“Azeri LT CIF” markalı  xam neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilmişdir.

 

Bütün xəbərlər