Tələbli əmanətlər çoxalıb

10:59 - 31.07.2019


31 iyul, Fineko/abc.az. 30 iyun tarixində fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 milyard 633.8 milyon manat təşkil edib. 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı aylıq statistikasında məlumat verilib.

Statistikaya əsasən, mayın sonunda cəmi əmanətlər 8 milyard 527.6 milyon manat təşkil etmişdi. İyunda cəmi əmanətlərdəki artımın səbəbi tələbli əmanətlərin 149,6 milyon manat artmasıdır. 

Mayın sonunda 3 milyard 146.8 milyard manat təşkil etmiş tələbli əmanətlər İyunun sonunda 3 milyard 296.4 milyon manata çatıb. İlk 6 ayda isə tələbli əmanətlər 505,7 milyon manat artıb. 

Son vaxtlar bankların müddətli əmanətlərə təklif etdikləri faizlər aşağı düşüb.

Bütün xəbərlər