ADY Express” MMC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yeni növ tranzit yükün nəqlinə başlayıb

15:43 - 31.07.2019


31 iyul, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yeni növ tranzit yükün nəqlinə başlayıb.

Bu barədə “ADY Express” MMC məlumat verir.

Bildirilir ki, “ADY Express” və Bakı Limanının birgə əməkdaşlığı nəticəsində, ilkin həcmi 40 min ton olan yeni növ tranzit yükün - nitrat ammoniumun (selitra) daşınması Gürcüstan tərəfi ilə razılaşdırılıb və bu yükün nəqlinə başlanılıb. Ekspeditor rolunda çıxış edən “ADY Express” şirkəti Gürcüstanın Rustavi şəhərindən 126 vaqondan ibarət olan selitranın ilk göndərişini Ələtdəki yeni Bakı Limanına çatdırılmasını həyata keçirib.

Limanda isə 8800 ton selitranın 2 gəmiyə aşırılması uğurla reallaşdırılıb və yük Türkmənbaşı Limanına yola salınıb. Razılaşmaya əsasən, ilkin həcmin (40 min ton) avqustda nəqli həyata keçirildikdən sonra cari ilin sonunadək eyni marşrutla əlavə 80 min ton selitra yükünün daşınması nəzərdə tutulur.

Bütün xəbərlər